Yanvar-sentyabr aylarında Gürcüstandan 21 Azərbaycan vətəndaşı deportasiya olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Aprel-iyun aylarında qonşu ölkədən 8, iyul-sentyabr aylarında isə 13 Azərbaycan vətəndaşı çıxarılıb.
Bu ilin ilk doqquz ayı ərzində Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının 14 nəfərini 18 yaşa qədər olan şəxslər təşkil ediblər.
Hesabat dövründə Gürcüstandan deportasiya olunan xarici ölkə vətəndaşların ümumi sayı 68 nəfər təşkil edib./Report/
www.yenicag.az