22 məktəbli qəzada öldü

Nigeriyada məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Bauçi ştatında qeydə alınıb. Yük maşını ilə toqquşma nəticəsində avtobusun sürücüsü, eləcə də 22 məktəbli ölüb. Uşaqlardan 12-si oğlan, 10-u qız olub.

Daha üç şagird ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.