"24 saat ərzində sülh müqaviləsini imzalamaq mümkün olacaq" - TRAMP

media-hightechnic-468x90

Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı müharibəsi bir gündə başa çata bilər. Bunun üçün iki telefon zəngi lazımdır.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-ın 45-ci prezidenti Donald Tramp deyib.

Siyasətçinin sözlərinə görə, o, yenidən ABŞ prezidenti vəzifəsinə seçilərsə, dərhal Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edəcək. O, görüş təşkil edə biləcəyinə əmindir.

“Qələbəm məlum olan kimi həmin gecə Putin və Zelenskiyə zəng edəcəm. Onlara görüşməli olduğumuzu söyləyəcəyəm və zəmanət verirəm ki, bu məsələni həll edə biləcəyəm”, – o deyib.

Eyni zamanda o, əmin edib ki, 24 saat ərzində sülh müqaviləsini imzalamaq mümkün olacaq.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa