25 milyardlıq MİNA PROBLEMİ: Aİ-nin ayırdığı 23 milyon avro KİFAYƏT EDƏCƏK?

media-hightechnic-468x90

“İşin daha tez başa çatdırılması üçün böyük maliyyə vəsaitləri tələb olunur”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, Avropa İttifaqı və onun üzv dövlətləri tərəfindən minatəmizləməyə görə Azərbaycana 23 milyon avroya qədər vəsait ayırması barədə fikirlərini səsləndirib.

Ekspert bildirib ki, Ermənistan tərəfindən Azərbaycan əraziləri intensiv şəkildə minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib:

“Onların tam təmizlənməsi indiki templə ən azı 20 ilə yaxın vaxt aparacaq. İşin daha tez başa çatdırılması üçün böyük maliyyə vəsaitləri tələb olunur. Azərbaycan tərəfindən daha əvvəl də ümumilikdə mina təmizlənməsi üçün 25 milyard dollara qədər vəsaitə ehtiyac olduğu bildirilib”.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən 23 milyon avro vəsaitin ayrılması özlüyündə müsbət haldır:

“Çünki Azərbaycan dəfələrlə mina təmizləmə proseslərindən kənarda qalan təşkilat və ölkələri tənqid etmişdi. Görünür, həmin tənqidlərdən nəticə çıxarmaq üçün rəmzi xarakter daşıyan 23 milyon avro ayrılıb. Lakin nəzərə alsaq ki, Azərbaycanın ehtiyacı 25 milyard dollardır, bu məbləğ olduqca kiçik hissəni təşkil edir”.

Ə. Verdiyevin fikrincə, prosesin başlanğıcında olduğumuza ümid edək:

“Çünki bəzi beynəlxalq təşkilatlar və qurumlar həmin əraziləri öz gözləri ilə gördükdən sonra daha ciddi yardım proseslərini həyata keçirəcəklər. Yəqin ki, sözügedən vəsaitin ayrılması yaxın günlərdə Avropa İttifaqının azad olunmuş ərazilərə səfəri, mina təmizləmə prosesini izləməsi və müharibə dövründə dağıdılmış ərazilərin miqyasını görməsindən sonra atılan addımdır. Bu müsbət addımdır, amma proseslərə ciddi təsir göstərəcək miqdar deyil”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa