26 avqust – Qanlı yaddaşımızdan Zəfər gününə: Laçın şəhərinin AZADLIĞI

media-hightechnic-468x90

26 avqust 2022-ci il Azərbaycan tarixində Laçın şəhəri günü qeyd edilir. Məhz 3 il öncə bu gün 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri düşmən işğalından tamamilə azad edildiyi gündür.

Milli Məclisin deputatı Vüqar İsgəndərov Yenicag.az-a bu günün Azərbaycan üçün önəmi, bu tarixin özünəməxsusluğu haqqında danışıb:

media-vuqariskenderov1

“26 avqust tarixi qələbəmizin növbəti səhifəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu baxımdan, 26 avqust Laçın şəhər günü xalqımızın Zəfər tarixində çox mühüm bir hadisə oldu”.

V. İskəndərov Laçın şəhəri və kəndlərində aparılan yenidənqurma işləri ilə bağlı son məlumatları detallı şəkildə izah edib:

“Artıq biz qanlı-qadalı günləri geridə qoymuşuq, xeyir şər üzərində qələbə qazanıb. Ali Baş Komandan İlham Əliyevin sayəsində həmvətənlərimiz öz dədə baba torpaqlarına qovuşdu. 2023-cü ilin 28 may tarixindən başlayaraq, laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. “Böyük Qayıdış”ı təmin edəcək Dövlət Proqramına əsasən, indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2.091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda Laçında sürətlə tikinti quruculuq işləri aparılır. Yol nəqliyyat infrastrukturu yenidən genişləndirilib. Sakinlərin orada rahat yaşaması üçün bütün şərait yaradılır”.

Millət vəkili Laçın hava limanının inşası və istifadəyə verilməsi ilə ölkəyə turist axınına güclü təsir göstərəcəyini xüsusi olaraq qeyd edib:

“İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Yəni bu görülən işlər hələ bir qisim işlərdir. İlbəil biz bu regionda böyük işlərin, böyük layihələrin şahidi olacağıq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa