26-cı mərtəbədən yıxıldı

media-hightechnic-468x90

8411026-cı mərtəbədən yıxılan 18 yaşlı pişik sağ qalıb.

Hadisə Çinin Honkonq şəhərində olub. Pişiyin sahibinin sözlərinə görə, o, pişiklə oynayırdı. Sonra pişiyi bir neçə dəqiqəliyinə tək qoyub mətbəxə gedib ki, ona yemək gətirsin. Qayıdanda görüb ki, pişik yoxdur. Pəncərənin açıq olduğunu görən adam dərhal pəncərədən baxıb və görüb ki, pəncərənin altındakı örtük pis hala düşüb.

“Örtük elə vəziyyətdə idi ki, sanki onun üstünə meteorit düşmüşdü. Hətta alüminium dirək də əyilmişdi. Özümü çox pis hiss etdim”, – deyən çinli dərhal həyətə qaçıb. “Həyətə düşəndə gördüm ki, pişik səkidə oturub heç nə olmamış kimi özünü yalayır. Ona heç nə olmayıb. Amma, yəqin ki, indi onun 9 canından 8-i qalıb”, – deyə pişiyin sahibi bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600