!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

26 min vakansiya və “naşükür vətəndaşlar”: “Mühasibə təmizlik işi görmək təklif olunursa...” – Ekspertin ŞƏRHİ

!Reklam – Yazi

“Nazir müavininin açıqlaması kifayət qədər qıcıq yaradan və vətəndaşları incidən məzmundadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyevin işsiz vətəndaşların onlara təklif olunan vakansiyaları qəbul etməmələri haqda fikirlərinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 26 min vakant iş yerimiz olsa da, vətəndaşlar işləmək əvəzinə, onlara 190 manat müavinət verilməsini tələb edirlər. Məşğulluq Mərkəzi isə təklif edilən işlə razılaşmayan vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir.

Bu barədə iqtisadçı Natiq Cəfərli nazir müavininin həmin fikirlərinin çox yersiz olduğunu və reallığı əks etdirmədiyini bildirib:

“Çünki vakant yerlə bağlı ətraflı məlumat verilmir. İlk növbədə, vakant iş yerlərinin strukturu, maaş diapazonu və hansı regionda olması açıqlanmalıdır. Bundan sonra vətəndaşların o vakansiyalardan hər hansı birini istəyib-istəməməkdə günahlandırmaq üçün bir əsas yarana bilərdi.

Çox güman ki, təklif olunan iş yerləri, əsasən, minimum əməkhaqqı səviyyəsindədir. Bir çox hallarda işsizliklə bağlı müraciət edən vətəndaşlara təklif olunan iş onların bu günə qazandıqları iş təcrübəsinə uyğun olmur. Buna görə də vətəndaşı günahkar çıxarmaq düzgün deyil.

Məsələn, 5 aydan çoxdur ki, bir çox biznes obyektlərinin fəaliyyəti dayandırılıb. Özəl sektorda çalışan mühasib 800-1000 manat maaş alırdısa və bu gün işsiz qaldığı üçün Məşğulluq Mərkəzinə müraciət etdikdə ona hansısa təmizlik işləri müqavilində 250 manat təklif edilirsə, şəxsin işdən imtina etmək haqqı var.

Yəni işlə bağlı müraciət edən şəxs öz bilik səviyyəsinə uyğun olmayan iş təklifindən imtina edərsə, bu, normal qarşılanmalıdır. O baxımdan, nazir müavininin açıqlaması kifayət qədər qıcıq yaradan və vətəndaşları incidən məzmundadır”.

Gülşən Şərif

COP29

www.yenicag.az

5785
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv