28 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

media-hightechnic-468x90

28 azərbaycanlı iyulun 8-də Almaniyadan geri qəbul edilib.

Bu barədə Yenicag.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600