28 böyük şəhəri çöküş təhlükəsi ilə QARŞI-QARŞIYADIR – FOTO

media-hightechnic-468x90

ABŞ-ın ən böyük 28 şəhəri, gözlə görülən şəkildə yerin altına doğru hərəkət edir.

Yenicag.az xəbər verir ki, son aparılan tədqiqatlar göstərir ki, ABŞ-nin ən böyük 28 şəhəri gözlə görülən şəkildə yerin altına doğru hərəkət edir.

Peyk radarları ilə aparılan yeni araşdırmalar Nyu-York, Çikaqo, Hyuston, Dallas, Fort Uort, Kolumbiya, Sietl və Denver kimi iri şəhərlərin ildə 2 millimetrdən artıq sürətlə çökdüyünü ortaya qoymuşdur.

Araşdırmaya görə, bu şəhərlərin hər birində 2015-2021-ci illər arasında ərazilərin ən azı 20%-i müəyyən dərəcədə çökmüşdür. 28 böyük şəhərdən 25-də isə ərazilərin 65%-i ciddi şəkildə çöküb. Bu vəziyyət isə təxminən 34 milyon insanı birbaşa təsir edir.

Geofizik Leonard Ohenhen 2024-cü ildə etdiyi açıqlamada çöküşün dəniz səviyyəsinin yüksəlməsi ilə müqayisədə daha lokal və çox vaxt gözardı edilən bir problem olduğunu bildirmişdi. Bununla yanaşı, çöküşlər ABŞ-nin şərq bölgəsində su səviyyələrinin niyə yüksəldiyini izah edən əsas faktorlardan biridir.

Tədqiqatda həmçinin qeyd olunur ki, Çikaqo, Dallas, Kolumbiya, Detroyt, Fort Uort, Denver, Nyu-York, İndianapolis, Hyuston və Şarlott kimi şəhərlərdə torpağın 98%-i və daha çoxu çöküntüyə uğrayıb.

Texasda Fort Uort, Dallas və Hyuston ildə ortalama 4 millimetrdən çox çökən bölgələr olaraq diqqət çəkir. Həmçinin San-Fransiskonun Xəzinə adası və Ayleys-Krik ərazilərində də çöküş sürəti ildə 5 millimetrdən çoxdur.

Alimlə, əgər bu çöküşlər sürətlənərsə, sel risklərinin də artacağını xəbərdarlıq edirlər. Bu vəziyyətin şəhər infrastrukturuna və əhali təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyi vurğulanır.

media-whatsapp-image-2025-05-09-at-17-36-12

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600