!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

283 könüllü şəhid olur – Yeddisi Milli Qəhrəmandır

!Reklam – Yazi

Bu gün Azərbaycanın Qubadlı rayonunu Ermənistan silahlı qüvvələrinin işğal etməsindən 27 il ötür.

“31 avqust qubadlıların həyatında ən xoşagəlməz tarixdir. Neçə-neçə igid oğlanlarımız şəhid oldu, qaçqın adı bizə möhürləndi…”

Yenicag.az “MediaPost”a istinadən xəbər verir ki, bunu Qubadlı rayonunun sakini Yaqut Məmmədova deyib.

O, Qubadlını sonuncu dəfə 27 il əvvəl görən məcburi köçkünlərdəndir. Hazırda Qubadlı rayonunun 42 mindən çox əhalisinin Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan sakinlərindən biridir.

Qubadlı rayonunu erməni işğalçıları 1993-cü il avqustun 31-də zəbt edib. Rayonun müdafiəsində 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İyirmi yeddi il əvvəl – 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 802 km² sahəsi, 30,3 min nəfər əhalisi, 1 şəhər və 93 kənddən ibarət olan qədim Qubadlı rayonunu bütünlüklə işğal etdilər.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 metr yüksəklikdəki Topağac zirvəsidir. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə Xocavənd rayonu (42 km), şərqdə Cəbrayıl, cənubda və cənub-qərbdə isə Zəngilan rayonu ilə həmsərhəddir.

İşğal nəticəsində çox sayda qədim məscidlər, türbələr, sığınacaqlar, körpülər, bulaqlar və digər tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vandalizminə məruz qalıb və məhv edilib. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan edib.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv