Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

30 avqust - İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür

Reklam: Sinerji Pro

Bu gün Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür.

Yenicag.az xəbər verir ki, 30 il öncə bu gün-1991-ci il avqustun 30-u 20-ci əsrdə ikinci dəfə Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür.

25 il öncə keçmiş Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edildi.

Qeyd edək ki, 1988-ci ildən başlanan milli-azadlıq hərəkatının nəticəsində Azərbaycan Ali Sovetində “Demokratik Azərbaycan” (Müstəqil Azərbaycan) Deputat Blokunun təkidi ilə 1991-ci ilin avqustun 30-da bu sənəd qəbul olunub. O zaman Ail Sovetin sessiyasında daxilində “istiqlalçı” deputatlar, bayırda-ali qanunvericilik orqanının binası qarşısında xalq, milli-demokratik müxalifət keçirdiyi mitinqlə belə bir sənədin qəbul edilməsini tələb edirdi. Məhz belə bir şəraitdə sənəd qəbul edildi.

Bu Bəyannamə 18 oktyabr 1991-ci ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasında çox mühüm tarixi sənəddir.

Hazırda rəsmi olaraq müstəqillik günü olan 18 oktyabrda qəbul edilən sənəd özü də həm mahiyyəti, həm də 30 Avqust 1991-ci il tarixli sənədə etdiyi istinad ilə müstəqilliyin bərpasının 30 avqustda reallaşdırıldığını təsdiq edir.

www.yenicag.az

186
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100