30 ildir icra başçısı olan məmur KİMDİR? - FOTO

media-hightechnic-468x90

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur.

Hazırda Siyəzənə rəhbərlik edən Novruz müəllim bu il sentyabr ayının 19-da icra başçısı işləməyinin 30 illiyini qeyd edib.

Yenicag.az Metbuat.az-a istinadən xəbər verir ki, Novruz Novruzov 2 may 1954-cü ildə Lerik rayonunda anadan olub. Ali təhsilli müəllimdir.

Novruzovun icra strukturları ilə tanışlığı 30 il əvvələ təsadüf edir. O, mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə 19 sentyabr 1995-ci ildə anadan olduğu rayonun rəhbəri təyin olunub.

Novruzov doğma Lerikdə 6 il çalışdıqdan sonra Goranboy rayon icra hakimiyyətinin başçısı təyin olunub. Novruz Novruzov ömrünün 5 ilini Goranboyda keçirib.

Hazırda ömrünün 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı “dayanacagı” Şabran rayonu olub. Novruzov Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik edib.

71 yaşlı Novruz müəllim 2019-cu il aprel ayının 5-dən Siyəzənə rəhbərlik edir.

Novruz Novruzov mətbuatla əməkdaslığa həvəssiz yanaşan məmurlardandır.

Gözdən-könüldən uzaq qalmağa çalışdığı üçün internet resurslarında onun haqqında çox az məlumat var. Bu məlumatlar əsasən rəsmi məzmun daşıyır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa