31 nəfər hərbi qulluqçu Əfqanıstandan qayıtdı
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Silahlı Qüvvələrinin 31 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.