Qlobal qarşıdurmada yeni cəbhə: Ukrayna–İran gərginliyi hərbi müstəviyə keçir?

media-hightechnic-468x90

“İran Ukraynanı vura bilər”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Ukraynanın İran gəmisini vurmasından sonra iki ölkə arasında baş verən sözlü atışmalara diqqət çəkərək müharibə ehtimalından danışıb:

“Məsələyə fərqli müstəvidən baxmaq lazımdır. Hazırda İsrail və ABŞ İrana qarşı əməliyyatlarını davam etdirirlər. Ortada faktiki müharibə vəziyyəti var. Paralel olaraq Ukrayna və Rusiya ayrı bir müharibənin içindədir. Rusiya Ukrayna ərazilərini işğal edib. Vaxtilə İran Rusiyaya dronlar vermişdi. Eyni qaydada Rusiya tərəfindən də İrana müəyyən silahlar və texnologiyalar göndərilib. Göründüyü kimi, ortada faktiki olaraq Rusiya–İran əməkdaşlığı var. İki fərqli cəbhə olsa da, onlar bu əməkdaşlığı davam etdirirlər. Belə olan təqdirdə Ukrayna tərəfi də Rusiyanı zəiflətmək üçün İranı zəiflətməyi düşünür”.

Politoloq qeyd edib ki, Ukrayna və İran arasında da kiçikmiqyaslı müharibə baş verə bilər:

“Ukrayna və İran arasındakı sözlü atışmalar ən yaxşı halda ona səbəb ola bilər ki, İran tərəfi də Ukrayna ilə bağlı adekvat tədbirlər görsün. Məsələn, Ukraynaya qarşı Rusiyanı daha fəal dəstəkləyə bilər. Eyni zamanda İran bilavasitə Ukrayna mövqelərinə də zərbələr endirə bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05