31 yaşında karyerasını bitirdi
Fransa millisinin sabiq üzvü Samuel Umtiti karyerasını başa vurub.
Yenicag.az xəbər verir ki, “Lill”dən ayrılan müdafiəçi karyerasını başa vurub.
31 yaşlı müdafiəçi bu barədə özü açıqlama verib.
Ümtiti zədələrə görə karyerasını bitirməli olub.
Qeyd edək ki, “Lion”un yetirməsi olan Samuel Umtiti “Barselona” və “Leççe”nin də formasını geyinib. O, Fransa millisində 31 oyunda 4 qol vurub. Futbolçu 2018-ci ildə milli komanda ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.