!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğançı yazar: “Gülən AKP içində şəbəkə qurub”

!Reklam – Yazi

fft99_mf3980006Türkiyənin “Yeni Akit” yazarı Mehtap Yılmaz bu günki yazısında maraqlı bir mövzuya toxunub. AKP içindəki gizli fətullahçıların olduğuna toxunan yazar 2007-ci ildən bəri Gülənin AKP içində ciddi təşkilatlandığına diqqət çəkib.

Davudoğluna ayıq olmağı məsləhət görən yazar “Onlar kimə nə tapşıracağını bilirlər. Kimə necə təsir ediləcəyini də… İş adamlarından, deputatlardan, bürokratlardan necə istifadə etməyi də gözəl bilirlər” deyə, qeyd edib.

“Tanıdığım ən soyuqqanlı yalançılar kripto paralelçilərdir” ifadəsinə yer verən yazarın iddiasına görə, AKP-nin İdarə Heyəti və partiya təşkilatında ciddi bir Paralel Şəbəkə var. AKP içindəki paralelçilər şeytana ayaqqabısını tərs geydirərlər. Ağlaya-ağlaya, məsum kimi görünüb, özlərini Aklayırlar(təmizə çıxarırlar)”.

“Bunlar hələ də Mərkəzdə, xüsusilə namizəd seçmə komissiyasında vəzifə almaları sizə güvənən insanların ümidini qırır” deyə, AKP sədrinə müraciət edən Mehtab Yılmaz Diyarbəkri örnək göstərib: “Şəhərimin qoynundakı paralelçiləri ad-ad tanıyıram”. Diyarbəkrdə AKP içində Ərdoğan əleyhdarı olanların öz mövqelərini qoruduqlarını və Gülən ilə ittifaq içində olduqlarını yazan müəllif “Paralel Sızıntı belə önlənəcək” deyərək, partiya rəhbərliyini bir an öncə bağırsaqlarındakı fətullahçılardan qurtulmağa çağırıb.

Yenicag.az

COP29

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv