!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3500 il əvvəl yaşamış “Qışqıran qadın” mumiyası alimləri heyrətləndirdi – FOTO

!Reklam – Yazi

3500 il əvvəl yaşamış Misir mumiyası tədqiqatçıların diqqətini çəkib.

Yenicag.az xəbər verir ki, “Qışqıran qadın” adlandırılan bu mumiya ölüm anında ağrıdan qışqırarkən donub qalmış kimi görünür.

1935-ci ildə aşkar edilən mumiya qara parik və qiymətli üzüklər taxan qadına məxsusdur. Alimlər ən son texnologiyalardan istifadə edərək, mumiyanı tədqiq ediblər.

Araşdırmalar göstərib ki, qadın təxminən 48 yaşında, boyu 1,54 metr olub və yüngül onurğa artritindən əziyyət çəkirmiş. Mumiyalama prosesində bahalı materiallardan istifadə edilib ki, bu da qadının əhəmiyyətli bir insan ola biləcəyini göstərir.

Sahar Saleem qadının üz ifadəsinin “kadavra spazmı” ola biləcəyini söyləyib. Bu, şiddətli və ağrılı bir ölümü göstərir.

Maraqlıdır ki, o dövrün mumiyalama ənənəsinin əksinə olaraq qadının daxili orqanları çıxarılmayıb. Bu, mumiyanın niyə və necə bu vəziyyətdə qalması ilə bağlı yeni suallar doğurur.

“Frontiers in Medicine” jurnalında dərc olunan bu araşdırma qədim Misirdə həyat və ölüm haqqında yeni məlumatlar təqdim edir. Lakin “Qışqıran qadın”ın ölüm səbəbi hələ də sirr olaraq qalır.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv