36 milyon dollarlıq oğurluq…
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsunq”un Braziliyada yerləşən fabrikində görünməmiş soyğun baş verib.
20 adam olduğu təxmin edilən və fabrik işçiləri kimi geyinən soyğunçular dünən axşam saatlarında Braziliyanın Kampinasda olan fabrikinə girərək əllərinə keçən hər şeyi oğurlayıblar.
200-ə qədər “Samsunq” işçisinin çalışdığı vaxtda fabrikə girməyi bacaran soyğunçular içində planşet, noutbuk və ağıllı telefonların da olduğu 36 milyon dollarlıq məhsulu 7 yük maşınına yükləyərək aradan çıxıblar.
Soyğun zamanı heç kim xəsarət almayıb. Polis hadisə yerində geniş tədqiqatlara başlayıb. “Samsunq”dan mövzu ilə əlaqədar verilən açıqlamada vəziyətdən narahat olduqlarını, ancaq heç kimə zərər dəymədiyi üçün sevindiklərini bildiriblər.