36 yaşlı qadının əli blenderdə sıxışıb qaldı
Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşın əli blenderdə sıxışıb qalıb.
Yenicag.az xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən xüsusi vasitələrlə 1990-cı il təvəllüdlü şəxsin əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.













