Tramp Ukraynanı növbəti seçkilərə qədər "blokladı": Ağ Evin 400 milyonluq planının arxasındakı SİYASƏT

media-hightechnic-468x90

ABŞ administrasiyasının Ukrayna üçün nəzərdə tutulan 400 milyon dollarlıq hərbi yardım paketinin çatdırılmasını Donald Trampın prezidentlik müddətindən sonraya  2028–2029-cu illərə təxirə salması barədə məlumatlar yayılıb.

media-banner_tuq

Ağ Evin bu addımının cəbhədəki vəziyyətə və Kiyevin hərbi təchizatına olası təsirlərini Yenicag.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda belə bir qərarın qəbul edilməsi Ukraynanın Rusiya ilə davam edən münaqişədə təminat və təchizatına mənfi təsirini göstərəcək:

media-97358793

“Əslində, bu gün ABŞ-dan Ukraynaya maliyyə vəsaitindən çox, ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemləri lazımdır. Bir neçə gün əvvəl Donald Trampın Zelenski ilə bağlı bəyanatını eşitmişdik. Həmin bəyanata görə, ABŞ prezidenti “Patriot” hava hücumundan müdafiə sistemlərinin istifadə etdiyi PAC-3 raketlərinin istehsalı üçün lisenziyanın Ukraynaya veriləcəyini açıqlamışdı. Belə bir lisenziyanın verilməsi Ukrayna üçün kritik əhəmiyyət daşıyır.”

Ekspertin sözlərinə görə, lisenziya addımına baxmayaraq, maliyyə vəsaitinin ayrılmaması ilə bağlı qərar Kiyev tərəfini məyus edəcək:

“Maliyyə vəsaitinin ayrılmaması ilə bağlı qərar, təbii ki, Ukrayna tərəfini bir qədər məyus edəcək. Daha əvvəl də ABŞ prezidenti dəfələrlə vurğulamışdı ki, Ukraynanın təhlükəsizliyi məsələsi Vaşinqtonun prioritetləri arasında deyil. Başqa sözlə desək, ABŞ Ukrayna müharibəsinin maliyyələşdirilməsi məsələsini Qərbin, xüsusilə də Şərqi və Mərkəzi Avropa ölkələrinin üzərinə qoymağa çalışır.”

Ədalət Verdiyev əlavə edib ki, bu addım Ağ Evin əvvəlki xəttinin məntiqi davamıdır:

“Bu addım daha əvvəl qəbul edilən qərarların bir davamı kimi dəyərləndirilə bilər. Yəni Vaşinqton hesab edir ki, Ukrayna ilə Rusiya arasındakı müharibəni Avropa İttifaqı ölkələri maliyyələşdirməlidir, çünki Ukraynanın təhlükəsizliyi məhz onlar üçün daha vacibdir.”

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05