AKİ-də nə baş verir: İdarə Heyətindən iclas QƏRARI – AÇIQLAMA

media-hightechnic-468x90

İyulun 30-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) katiblərinin İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək.

media-banner_tuq

Yenicag.az-a açıqlama verən AKİ-nin katibi Əli İsa Cabbarov iclasın səbəbinə aydınlıq gətirib:

“İyulun 30-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclasında Konfransın keçirilmə tarixi müzakirə olunacaq. AKİ-nin hüquqşünası rəhbərliyə bildirib ki, tez bir zamanda İdarə Heyəti Konfransın tarixini elan etməli, konfrans keçirilməli və sədr seçkisi baş tutmalıdır. Konfransı isə ancaq İdarə Heyəti və ya üzvlərin üçdəbiri çağıra bilər. Bu məqsədlə İdarə Heyətinin iclası çağırılıb”.

Qeyd edək ki, iclasın çağırılması barədə müraciət AKİ katibləri Həmidə Ömərova, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Tahir Tahiroviç, Nadir Bədəlov və Türkan Hüseyn tərəfindən imzalanıb.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05