İnsan yaşıyla 146 yaşında! Dünyanın ən qoca pişiyinin qidalanma sirri

media-hightechnic-468x90

İngiltərədə yaşayan 71 yaşlı Leslie Greenhough 1995-ci il təvəllüdlü pişiyi Millie-nin dünyanın yaşayan ən qoca pişiyi olduğunu iddia edir. İnsan yaşı ilə 146 yaşa bərabər olan 31 yaşlı pişiyin uzunömürlülüyünü xüsusi qidalanma rejiminə bağlayan sahibi son on ildə ona yalnız bir içki verdiyini və bu qidalarla bəslədiyini açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Millie Greenhough-un 2020-ci ildə həyatını itirən həyat yoldaşı Paula tərəfindən hələ üç aylıq bala ikən sahiplənilib. Həyat yoldaşının vəfatından sonra onun qulluğunu üzərinə götürən Leslie pişiyinin yanından bir an olsun belə ayrılmır.

Greenhough son 10 ildə Millie-yə xüsusi qidalanma proqramı tətbiq etdiyini və içki olaraq yalnız təbii mineral su verdiyini qeyd edib.

Pişiyin rasionunda təzə krevet, qızılbalıq (somon) və toyuq əti kimi qidaların yer aldığını bildirən sahib isti havalarda onun sərin qalması üçün davamlı olaraq iki ventilyator işlətdiyini də diqqətə çatdırıb. Millie-nin 31 yaşına çatmasından böyük qürur duyduğunu söyləyən Leslie Greenhough, “Həqiqətən, çox güclü dişi pişikdir. Son 10 ildə ona mineral su verirəm və bol-bol diqqət göstərirəm” – ifadələrini işlədib.

Greenhough-un ən böyük arzusunun Millie-ni “Guinness” Dünya Rekordlarına daxil etdirmək olduğu bildirilir. Lakin pişiyin doğum tarixini rəsmi olaraq sübut edəcək sənədlərin tapılmaması səbəbindən bunu reallaşdıra bilmədiyini qeyd edən sahibi əlindəki yeganə sübutun həyat yoldaşının 1995-ci ildə çəkdiyi köhnə bir fotoşəkil olduğunu söyləyib.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05