4 bank bağlanmaq təhlükəsi ilə üz-üzədir
Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalına görə, yeni siyahısını dərc edib.
Belə ki, 45 bankdan 9-nun məcmu kapitalı 100 milyon manatdan çoxdur. 9 bankın da məcmu kapitalı 60-100 milyon manat arası, 23-nün 50-60 milyon manat civarındadır. 4 bankın məcmu kapitalı isə 50 milyon manatdan azdır.
Yanvarın 1-nə qədər məcmu kapitalı 50 milyona çatmayan banklar bağlanmalı idi. Belə məlum olur ki, hökumət bu qurumlara güzəşt edib.
İqtisadçı ekspert Rəşad Həsənov Yenicag.az-a bu qərarı belə şərh etdi: “Əslində Mərkəzi Bankın bu qərarı yanvarın 1-dən qüvvəyə minməli idi.Görünən odur ki, hansısa razılaşma və ya dəyərləndirmə aparılır. Buna görə də gecikmə baş verir. Mərkəzi Bankın açıqlamasına görə, hazırda 4 bank bu tələbi yerinə yetirə bilməyib. Təbii bu bankların bağlanma təhlükəsi vardır. Fikrmicə, hələ də Mərkəzi Bank qəti qərarını verməyib. Güman ki, bu banklarla hansısa şəkildə danışıqlar aparılır. Qeyd edək ki, bankların bağlanılması, orada olan əmanətlər məsləsini gündəmə gətirir. Doğrudur, bu banklarda ciddi şəkildə əmanət yoxdur. Lakin hazırki, situasiyada bankların bağlanması və əmanətlərin batması bank sektoru üçün devolvasiyadan sonra ikinci ağır zərbəni vura bilər və əhalinin banklara olan inamını azalda bilər. Belə olan halda,Mərkəzi Bank nəzarəti əlinə götürməlidir. Xüsusilə bankların aktivləri və passivləri ciddi şəkildə dəyərləndirliməlidir. Əmanətçilərin hüquqları müdafiə edilməlidir.Çünki, sığortalanmayan əmanətlərin geri qaytarılmaması halında belə bu bank sektoru üçün ciddi şəkildə anti təbliğata çevrilə bilər. Gələcəkdə də əmanətlərin kəskin surətdə azalmasına gətirib çıxara bilər ki, bu da bankların likvidilliyinə mənfi təsir göstərən amildir. Azərbaycanda bankların kredit portfeli təxminən 35-40 %-i əmanətlərdən formalaşır. Bu həcmin aşağı düşməyi banklara çox ciddi mənfi təsir göstərə bilər. Düşünürəm ki, bankların bağlanma ehtimal böyükdür. Mərkəzi Bank vəziyyətə ciddi şəkildə nəzarət etməlidir. Bu bankların sonrakı taleyi ilə bağlı qərar verilməlidir”.
Kamran