4 boksçumuz finala vəsiqə qazanıb

media-hightechnic-468x90

6ca1cedfb621c86f87abe2ffaed1ee14Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər keçirilir.

Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombla (İrlandiya) döyüşüb və 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək, finalda iştirak hüququ qazanıb.

Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) ilə qüvvəsini sınayacaq.

69 kq çəkidə Pərviz Bağırov yarımfinalda rəqibi Böyük britaniyalı Joş Kelliyə qalib gəlib – 3:0 (29:28; 30:27; 30:27). Həmyerlimiz finalda rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək.

75 kq çəkidə Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksı 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib. O, finalda Mixael O Reylli (İrlandiya) ilə gücünü yoxlayacaq.

91 kq çəkidə isə Azərbaycanın Abdulqadir Abdullayev rusiyalı Sadam Maqomedovə qalib gələrək finala vəsiqə qazanıb.

64 kq çəkidə Lorenzo Sotomayoru və 52 kq çəkidə Elvin Məmişzadə isə bu gün final mərhələsində mübarizə aparacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600