4 müəssisə ləğv edildi
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi barədə qərar verib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, qərara əsasən, KTN-nin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən 4 təsərrüfat hesablı dövlət müəssisə və təşkilatı ləğv edilib. Bunlar nazirliyin “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir.