!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 yaşlı azərbaycanlı qız bağçada donaraq ölüb - VİDEO

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən uşaq bağçalarından birində 4 yaşlı əslən Azərbaycandan olan qız uşağı ölü tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə bağçada səhər gəzintisi zamanı baş verib. İlkin məlumata görə, tərbiyəçi gəzintidən sonra uşaqları binaya geri aparan zaman Zəhra Rzayeva adlı qız qrupdan geri qalıb.

Tərbiyəçi onun yoxluğundan bağçada xəbər tutub. Qadın küçəyə qayıdıb və uşağı huşsuz halda yerdə uzanmış vəziyyətdə tapıb. Onun donvurmadan öldüyü iddia edilir.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə (“Bir şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma”) cinayət işi qaldırılıb.

www.yenicag.az

2692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv