40 günə 527 ölü
Suriyada Əsəd rejimi dinc xalqa qarşı qırğınlarına fasiləsiz davam edir. Bu barədə Suriya İnsan Haqları Monitorinq Təşkilatı açıqlama verib.
Bildirilir ki, Əsəd rejimi 40 gündə 2 min hava hücumu təşkil edib və nəticədə 527 mülki vətəndaş öldürülüb.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, bununla da 2011-ci ilin mart ayında başlanan hava hücumları nəticəsində təxminən 200 min insanın ölümünə səbəb olan Əsəd rejimi yeni bir rekorda imza atıb.
(xezerxeber.com)