400 nəfərdən hamilə qaldı: Avstraliyalı model uşağın atasını DNT ilə axtarır
Avstraliyalı model Bonnie Blue sosial şəbəkələrdə “breeding mission” (üreme missiyası) adlandırdığı qeyri-adi aksiyalardan sonra hamilə qaldığını açıqlayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, model iki həftə ərzində 400 fərqli kişi ilə münasibətdə olduğunu iddia edib. Bonnie Blue evdə etdiyi testin pozitiv çıxdığını, daha sonra isə həkim müayinələrində hamiləliyinin təsdiqləndiyini bildirib. O, bu xəbəri “təəccüb və sevinc” qarışığı ilə qarşıladığını deyib.
Modelin sözlərinə görə, hazırda qarşısında duran ən böyük sual uşağın atasının kimliyidir. Bonnie Blue bildirib ki, aksiyalarda iştirak edən şəxslərdən yalnız əlaqə məlumatlarını deyil, həm də DNT nümunələri toplayıb.

“Əvvəlki rekordlarımda sadəcə təfərrüatları xatırlamaq kifayət edirdi. Amma bu dəfə məcbur qalıb DNT nümunələri də götürdüm. Hazırda laboratoriyada analizlər davam edir və uşağın atasının kimliyi yaxın zamanda müəyyən ediləcək”, – deyə o qeyd edib.
Yenicag.az













