42 günlük fasilədən sonra Premyer Liqada
Bu gün Azərbaycan Premyer Liqasında 42 günlük fasilə başa çatır. Yeniçağ.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçiriləcək.
III dövrəyə Qəbələdə start veriləcək. Çempionluğa 2 namizəddən biri olan Roman Qriqorçukun komandası öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Günün ikinci matçı isə “İnter Arena”da oynanılacaq. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan “İnter” “Kəpəz”lə qarşılaşacaq.
Topaz Premyer Liqası
XIX tur
28 yanvar
15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. “İnter” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
“İnter Arena”
29 yanvar
15:00. “Zirə” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
17:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Yenicag.az