44 günlük müharibəyə görə həbs olunan erməni generalla bağlı qərar verildi

media-hightechnic-468x90

Qarabağda ləğv edilmiş qondarma rejimin Keçmiş Müdafiə Ordusunun komandanı, general-leytenant Mikael Arzumanyanın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qərar Ermənistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardges Sarkisyan tərəfindən verilib.

Xatırladaq ki, Mikael Arzumanyan 2020-ci ildə 44 günlük müharibə zamanı strateji əhəmiyyətli “Areqa” (Talış kəndi yaxınlığındakı Ağuçuq – red.) yüksəkliyini və ona bitişik döyüş mövqelərindən şəxsi heyətin “geri çəkilməsini” əmr etməkdə ittiham olunurdu.

Arzumanyan 1 sentyabr 2022-ci ildən həbsdədir.

Qeyd edək ki, 28 sentyabr 2020-ci ildə qondarma ordunun N saylı hərbi hissəsinin müdafiəsinin şimal-şərq istiqamətində yerləşən və strateji əhəmiyyətli komanda məntəqəsi olan bu yüksəklik və ona bitişik döyüş mövqeləri Azərbaycan Respublikasının silahlı qüvvələrinin nəzarətinə keçib. Bundan sonra ermənilərin əks-hücumları bir fayda verməyib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05