Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

44 yaşlı kişi döyülərək öldürüldü - Bakıda  

Bakıda 44 yaşlı kişi döyülərək öldürülüb.

Yenicag.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan həkimlər M.Əhmədovun həyatını xilas edə bilməyib və xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatlarını Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlilidir. Onun kim tərəfindən və hansı şəraitdə döyülməsi isə hələlik məlum deyil. (APA)

www.yenicag.az

4177
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100