Polşanın qovulmağına israr etdiyi 45 rusiyalı diplomat ölkəni tərk edib.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev deyib.
Qeyd edək ki, ötən həftə Polşa 45 rus diplomatını casusluqda şübhəli bilərək ölkədən çıxarılmasını tələb edib. Rəsmi Varşava qovulan diplomatların yerinə yeni işçilərin gəlməsinə razılıq verməyəcəyini qeyd edib.
Bu ərəfədə Polşa xarici işlər nazirinin müavini bildirib ki, Varşava Rusiya səfirinin də ölkədən çıxarılmasını istisna etmir, lakin hələlik belə bir qərar verilməyib.
www.yenicag.az