Peskov: “Ukrayna ordusu Donbasdan çıxmalıdır”

media-hightechnic-468x90

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinq zamanı Ukrayna münaqişəsinin nizamlanması üçün Moskvanın əsas şərtini bir daha bəyan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Peskov Ukrayna Silahlı Qüvvələrinin Donbas (Donetsk və Luqansk vilayətləri – red.) ərazisindən tamamilə geri çəkilməli olduğunu vurğulayıb.

“Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır. Bu, nizamlanma üçün çox vacib şərtdir. Danışıqlar masasında hələ müzakirə olunmalı digər nüanslar da qalmaqdadır”, – deyə o söyləyib.

Qeyd edək ki, sözügedən bəyanat Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqları ilə eyni vaxta təsadüf edir.

Xatırladaq ki, dünən gecə Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezident Trampın kürəkəni Cared Kuşneri qəbul edib./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05