Macarıstan Ukraynanı seçkilərə müdaxilədə ittiham etdi
Ukrayna Avropa İttifaqı rəhbərliyinə tamamilə tabe olacaq bir hökumətin formalaşmasını istədiyi üçün Macarıstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto ukraynalı həmkarı Andrey Sibiqanın açıqlamalarına cavab olaraq bildirib.
“Görürəm ki, siz bizim seçkilərə müdaxilə etməyə başlamısınız. Biz bilirik ki, sizə Brüssellə razılaşacaq və Macarıstanı sizin müharibənizə sürükləməyə hazır olan hökumət lazımdır. Amma biz buna imkan verməyəcəyik! Suveren macar hökuməti ölkəni və xalqını sizin müharibənizdən qorumağa davam edəcək! Macarıstan hər şeydən əvvəl!” – XİN başçısı qeyd edib.












