Salyanda avtoxuliqanlıq edən sürücü həbs edildi

media-hightechnic-468x90

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Yenicag.az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

Belə ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa