Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Amerika yeni səfirini Azərbaycana göndərir

Reklam: Sinerji Pro

83981Vaşinqtonda, Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib.
Prezident Barak Obamanın nominasiya etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub. Səfirin Bakiya nə vaxt gələcəyi hələ ki, açıqlanmır.

Cekuta Dövlət Katibinin Enerji Resursları üzrə Bürosunda çalışır. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir. Robert Cekuta diplomat kimi Tokyoda və Berlində xidmət edib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb. (qafqazinfo.az)

www.yenicag.az

477