5 Oktyabr - Müəllimlər Günüdür

media-hightechnic-468x90

Bu gün, dünyanın yüzlərlə ölkəsində olduğu kimi, Azərbaycanda da müəllimlər öz peşə bayramlarını qeyd edirlər. Cəmiyyətin tərəqqisinə, insan düşüncəsinin formalaşmasına və gələcəyin qurulmasına ən çox töhfə verən peşə sahibləri — müəllimlər bu gün bir daha dəyərləndirilir.

Yenıcag.az xəbər verir ki, tarix boyu bütün inkişafların mərkəzində təhsil dayanıb. Elm, texnologiya və bilik əsrində bu həqiqət daha da aydın görünür: təbii sərvətlər tükənə bilər, amma insanın bilik potensialı bitməzdir. XXI əsrin “Təhsil əsri” adlandırılması da təsadüfi deyil.

Hər bir cəmiyyətin intellektual gücü onun müəllimlərinin səviyyəsindən başlayır. Laboratoriyalar, texnologiyalar, yeni dərs modelləri vacib olsa da, təhsil sisteminin ürəyi müəllimdir. Onun biliyi, səbr və fədakarlığı olmadan nə məktəb dəyərlidir, nə də gələcək.

Bu gün məktəblərimizdə öz işini sevən, şagirdlərinə yalnız bilik deyil, həm də həyat dərsi verən yüzlərlə müəllim var. Onların zəhməti sayəsində savadlı, düşünən və milli dəyərlərinə sadiq nəsillər yetişir.

Müəllimlik peşəsi hər dövrdə hörmətlə anılıb. Dünyanın ən böyük dahiləri belə, uğurlarını müəllimlərinin zəhməti ilə bağlayıblar. Elə buna görə də müəllimlər günü təkcə bir peşə bayramı deyil, həm də minnətdarlıq günüdür.

Əziz müəllimlər, bayramınız mübarək!

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa