Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir

media-hightechnic-468x90

Bu gün Türkiyənin paytaxtı Ankarada NATO Dövlət və Hökumət Başçıları Zirvəsi işə başlayır.

media-banner_tkm

Yenicag.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki gün davam edəcək sammitdə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları, həmçinin 100-ə yaxın nazir iştirak edəcək.

Zirvəyə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni və digər liderlər qatılacaq.

Sammit Ankara Ticarət Palatasının Konqres və Sərgi Mərkəzində keçiriləcək Müdafiə Sənayesi Forumu ilə başlayacaq. Günün sonunda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın adından dövlət və hökumət başçıları üçün rəsmi qəbul təşkil olunacaq.

Zirvə çərçivəsində NATO üzvü ölkələrin xarici işlər və müdafiə nazirlərinin də ayrıca iclasları keçiriləcək.

Məlumata görə, sammitdə alyansın gələcək təhlükəsizlik strategiyası, müdafiə xərclərinin artırılması, Ukraynadakı vəziyyət və digər regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05