Zelenskidən Ankara Zirvəsi öncəsi KRİTİK BƏYANAT: "Boş keçməyəcəyinə ümid edirik"

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçiriləcək 36-cı NATO Sammitinin ölkəsinə dəstək baxımından həlledici olacağını bildirib. Dövlət başçısı, “Ankarada təşkil olunacaq ən güclü Avro-Atlantik dövlətlərinin zirvə görüşünün nəticəsiz qalmayacağına ümid edirik” deyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ukrayna lideri sosial media hesabından paylaşdığı videomüraciətdə Rusiyanın paytaxt Kiyev başqa olmaqla, ölkənin müxtəlif bölgələrinə təşkil etdiyi son kütləvi hücumlar barədə məlumat verib.

Zelenski Rusiyanın paytaxta və Kiyev vilayətinin Vişneve qəsəbəsinə dünən gecədən etibarən həyata keçirdiyi hava hücumlarında həyatını itirənlərin sayının 22-yə yüksəldiyini, 90-dan çox insanın isə yaralandığını bildirib. Rusiya ordusunun hücum zamanı 68 raket və 351 zərbə PUA-sından (SİHA) istifadə etdiyini qeyd edən Ukrayna lideri, ölkəsinin təcili olaraq daha çox hava hücumundan müdafiə (HHM) sistemlərinə ehtiyacı olduğunu vurğulayıb.

Ukrayna səmalarının qorunması üçün “Patriot” tipli hava hücumundan müdafiə sistemlərinin ölkəsində istehsal edilməsi məqsədilə ABŞ-dan müvafiq lisenziya hüququ tələb etdiklərini xatırladan Zelenski, “Bu, bizim üçün ən böyük prioritetdir” deyə danışıb.

Türkiyənin ev sahibliyi ilə reallaşacaq 36-cı NATO Sammitinin Ukraynaya hərbi və siyasi dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyinə işarə edən dövlət başçısı, Ankaranı nişan verərək Avro-Atlantik müttəfiqlərin addım atmalı olduğunu bildirib.

Rusiya ərazisindəki Omsk Neft Emalı Zavoduna bu gün təşkil etdikləri hücuma da toxunan Zelenski, “Sülhə ehtiyac var və Putin sülhün onun düşündüyü kimi bir fəlakət deyil, bir lütf olduğunu qəbul etməlidir” fikirlərini səsləndirib.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05