!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 uşaq atası özünü öldürdü - Astarada

!Reklam – Yazi

Astara rayonunda 51 yaşlı kişi intihar edib.

“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun ucqar dağ kəndi olan Hamuşamda baş verib.

Kənd sakini, 51 yaşlı İlqar Nəhmətov yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Hadisədən mərhumun həyat yoldaşı xəbər tutub və polisə məlumat verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İntiharın səbəbi məlum deyil. Yaxınlarının dediyinə görə, İlqar Nəhmətov normal həyat tərzi sürüb, psixoloji cəhətdən də hər hansı problemi olmayıb. Mərhumun meyiti daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Uzun illər Rusiya Federasiyasında yaşayan İ.Nəhmətov ailəli olub və 5 övladı var.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

2548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv