www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib. Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olması göstərilib. Sakinlər uşaqlı-böyüklü hamısı gecə vaxtı həyətə çıxıblar.

Yenicag.az Xezerxeber-ə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43- də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.

Sakinlərin sözlərinə görə, onlara kirayədə qalmaq üçün ailə başına 200 -300 manat miqdarında pul təklif edilir. Ancaq sakinlər bununla razılaşmır. Sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən də narazıdırlar.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün də bütün kommunal xidmətlər dayandırılıb. Sakinlərə köçürüləcəkləri barədə 1 həftə əvvəl xəbər verilib. Nə qədər kirayə pulu veriləcəyi isə hələlik dəqiqləşməyib.

https://youtu.be/_Kq_57L9wbk

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."