!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

50 il əvvəl yazılıb, dənizə atılmış yardım məktubu - Dünya həmin şəxsi axtarır

!Reklam – Yazi

Cənubi Avstraliya əyalətində balıqçı dənizdən içində yarım əsrlik məktub olan bir şüşə tapıb.

Yenicag.az xəbər verir ki, bu barədə balıqçı Paul Eliyot Avstraliya Yayım Qurumu “ABC News”a deyib. O bildirib ki, məktub 13 yaşlı ingilis  Paul Gilmor  adlı şəxs tərəfindən 17 Noyabr 1969-cu ildə yazılıb.

“Avstraliyanın cənubundan qərbinə gedən bir gəmidəyəm. Xahiş edirəm, cavab yazın”,  – məktubda qeyd edilib.

İndi bütün dünya Paul Gilmor adlı şəxsin kim olduğu ilə maraqlanır.

Qeyd edək ki, dünyada ən qədim şüşə məktubu yenə də Avstraliyada tapılmışdı. 132 il əvvəl yazıldığı məlum olan məktubun bir alman gəmisi tərəfindən suya buraxıldığı aydınlaşdırılmışdı.

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv