50 yaşlı qadın özünü yandırdı

Qubada 50 yaşlı qadın özünü yandırıb.

APA-nın məlumatına görə, rayon sakini, 50 yaşlı Rəsmiyyə Ramiz qızı Məhərrəmova üzərinə benzin tökərək özünə od vurub. Nəticədə o, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yenicag.az