!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalik Məmmədov məmurları qohumbazlıqda ittiham etdi – Paradoks

!Reklam – Yazi

10814276_10204595230473470_323115381_nBu gün mətbuat konfransı keçirən Xalik Məmmədov məmurları qohumbazlıqda ittiham edib: “Biz bilirik ki, bəzi yerliidarəetmə orqanlarında işləyən məmurlar öz səlahiyyətlərini genişləndirmək üçün öz tanışlarını işə götürməyə çalışırlar. Biz də çalışırıq ki, bu cür hallar tamam aradan qaldırılsın. Bizdə belə halların olması yol verilməzdir”.

Xalik Məmmədovun bu açıqlaması sosial mediada reaksiya doğurub. Çünki qohumbazlıqdan danışan kadrlar üzrə vitse-prezidentin oğlu Kənan Məmmədov atasının çalışdığı şirkətin Türkiyə təmsilçisidir. Biz hələ Xalik Məmmədovun digər qohumlarına toxunmuruq.

Sosial mediada Xalik Məmmədova tutarlı cavab verənlərdən biri də İnterpress saytının baş redaktoru Ramal Hüseynov olub: “Xalik Məmmədov bu açıqlamanı verəndə ordakı jurnalistlərdən biri sual vermədimi ki, cənab Xalik Məmmədov bəs siz öz oğlunuzu işdən çıxaracaqsınızmı? Dediyiniz kimi qanunsuzluqdursa bəs siz istefa ərizənizi yazacaqsınızmı? Axı ən yüksək postlardan birində sizin oğlunuz Kənan Məmmədov oturub. Unutmusunuzsa, xatırladaq ki, Kənan Məmmədov, yəni oğlunuz rəhbərliyində təmsil olunduğunuz dövlət şirkətinin Türkiyə nümayəndəsidir”.
Ramal Hüseynov fikrini belə tamamlayıb: “Görəsən özü bu açıqlamanı verəndə heçolmasa özünü gözünün önünə gətiribmi?
Gülməli deyilmi? Kasıb-kusubun qohumu işləyəndə yolverilməz olur, amma vitse prezidentlərin və şirkətdə vəzifədə olanların oğulları, qızları, qohum-əqrəbaları, əsil-nəcabətləri işləyəndə isə qanuni olur”…

Xalik Məmmədov, bax bu səbəbdən Gülənin kitabları ilə yanaşı ərəb xalq məsəllərini də oxu. Orada yazılıb ki, “birinin evi şüşədəndirsə, başqasının evinə daş atmasın”.

COP29

www.yenicag.az

1345
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv