!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullahçılar Gürcüstanda da “Azərbaycan” variantına start verdi

!Reklam – Yazi

DF1748F2-A9CA-4C40-820D-0BDBAE26D0B7_w640_r1_s_cx0_cy8_cw0Gülən məktəbləri ad dəyişdirməkdə davam edir. Adı dəyişdirilərək, fəaliyyətini davam etdriən məktəblər arasında Gürcüstan da var. Bu barədə Türkiyənin məşhur şirkətlərindən olan Metro Holdinqin fəxri başqanı Qalib Öztürk xəbər verib.   

Yenicag.az xəbər verir ki, Türkiyə dövlətinin “Xarici ölkələrdə Təhsil Qurumları” qurma proyektinə təmənnasız dəstək vermək istədiklərini bildirən Öztürk Gürcüstanda fəaliyət göstərən “Avrasİya Georgia A.Ş” şirkətinin adı ilə Batum Baş Konsulluğu vasitəsi ilə Türkiyə Prezidenti, baş naziri və təhsil nazirinə məktub göndərib.

Məktubda bildirilir ki, Gülənin Batumdakı məktəbləri əvvəllər türk adı ilə adlandırılıb, üzərində türk bayrağı dalğalansa da, son dönəmdə özlərini gizlətmək yolunu tutublar: “Nəinki məktəblərin önlərində, ümumiyyətlə siniflərdəki türk bayraqları da qaldırılıb. Daha sonra “Refaiddin Şahin” olan adını, gürcü ismi ilə dəyişdiriblər.  Bütün bunlar Gülən Şəbəkəsinin təlimatı ilə həyata keçirilib”.

Qeyd edək ki, eyni vəziyyət Türkiyədə, Azərbaycanda və Afrika ölkələrində də mövcuddur. Belə ki, ad və rəhbərlik dəyişdirilərək, system olduğu kimi fəaliyyəni davam etdirir. Necə ki, Azərbaycanda rəsmi olaraq, “Çağ Öyrətim” bağlansa da, “İstək” liseyi adı altında liseylər fəaliyyətini davam etdirir. Eləcə də, “Araz” Hazırlıq Kursları “Güvən” Nəşriyyatının materiallarından istifadə edən onlarla hazırlıq mərkəzinə çevriliblər. Məsələn, kursların Bakıdakı əsas mərkəzinin binasının (A.Salamzadə küç., 28) üzərində bu gün “Bakı Asiya Universiteti” yazılsa da, orada “Araz” kurslarının fəaliyyətini “Ulduz” Hazırlıq Mərkəzi adı altında davam etdirdiyini görəcəksiniz. Bakıxanovda yerləşən Sabunçu Araz Hazırlıq Kursları “Bakıxanov Hazırlıq Mərkəzi” adı altında fəaliyyətini davam etdirir. Nərimanov rayonundakı “Araz” isə Zaqatalada yerləşən “Araz” kimi “Modern” Hazırlıq Mərkəzinə çevrilib. Xətai rayonundakı “Araz” kursunun adı isə “Tusi” Hazırlık Mərkəzi olub. Sumqayıt “Araz” kursları isə “Lider” Hazırlıq Mərkəzinə çevrilib. Beləliklə, “Araz” Kursları Şəkidə Şəki Hazırlıq Mərkəzinə, Gəncədə Kəpəz Hazırlıq Mərkəzinə, Qazaxda isə “Göyəzən” Hazırlıq Mərkəzinə çevriliblər.

 

 

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv