6 yaşlı şagirdin törətdiyi DƏHŞƏTLİ CİNAYƏT: “Çantasında gətirərək...” – TƏFƏRRÜAT / FOTO
ABŞ-nin Virciniya ştatında dəhşətli hadisə baş verib.
Yenicag.az xəbər verir ki, 6 yaşlı ibtidai sinif şagirdi öz müəlliməsini güllələyib.
Abiqail Zverner adlı 25 yaşlı qadın əlindən və sinə nahiyəsindən yaralanmasına baxmayaraq vəziyyəti stabildir.
Məxfilik səbəbilə adı açıqlanmayan uşaq silahı çantasında məktəbə gətirib.
Sözügedən insident yanvar ayında baş versə də, məhkəmə ötən günlərdə yekunlaşıb. Cinayət hadisəsini törədənin azyaşlı olduğunu nəzərə alan hakim ona həbs-qətimkan tədbiri seçməyib.
Baş verən proseslərdən sonra ABŞ-li valideynlər arasında çaxnaşma yaranıb. Belə ki, onlar məktəbli övladlarının təhlükəsizliyi üçün çox narahatdırlar. Məsələ ilə bağlı ABŞ hüquq-mühafizə orqanları müvafiq tədbirlər aparır.