5 milyona “Krasnodar”a keçən oyunçu “Qarabağ”a qayıtmaq istəyir

media-hightechnic-468x90

“Krasnodar”ın vingeri Kadi Yuri Borges yayda “Qarabağ”a qayıda bilər.

Yenicag.az Pressing.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib. O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.

“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, braziliyalını icarəyə götürməyə müsbət yanaşa bilər. Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.

Xatırladaq ki, “Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer etmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa