Fidan: "ABŞ və Türkiyə CAATSA sanksiyalarının aradan qaldırılmasında istəklidir"
ABŞ və Türkiyə CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi – red.) sanksiyalarının aradan qaldırılmasında istəklidir.
Yenicag.az xəbər verir ki, bunu “CNN Türk” telekanalının canlı yayımında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İki ölkə və iki lider bunun (CAATSA sanksiyalarının – red.) ləğvini istəyir. Bunun həyata keçirilməsi üçün edilməli olan proses var. Hazırda Türkiyə və Amerika tərəfinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi prosesindəyik, bunun qərarı onsuz da verilib”, – nazir bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə alyansın Ankarada baş tutacaq sammitinə (7-8 iyul) “Türkiyəni məmnun edəcək bir şeylə” qatılacağını açıqlayıb.













