Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib – SOS
…Təhsil naziri Emin Əmirullayev neçə gün əvvəl Azərbaycanda pulsuz ali təhsildən söz düşəndə dedi ki, dünyanın heç bir yerində pulsuz təhsil yoxdur, amma həmin xərci dövlət ödəyir və s. Məntizsiz görünən odur ki, tələbənin “pulsuz təhsil”i məsələsi ilə “Dövlət ödəyir” ifadəsi eyni mahiyyət daşımır ki?! İndi məlum olur ki, sən demə, nazirin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib. Belə ki, hörmətli nazirin xanımı Nigar Hənifəyeva-Əmrullayeva Londonda (2023-2025) pulsuz təhsil almayıb, illik 63 min funt dövlət büdcəsindən qarşılanıb…
***
Sosial media istifadəçisi İlham Xəlilov bu barədə yazır: “Ümumiyyətlə, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunmalıdır. Qəbul imtahanı 2 fəndən Riyaziyyat (məntiq) və xarici dil üzrə aparılmalıdır. Qəbul olunmuş hər bir tələbə universitetdə öz ixtisası üzrə oxumalıdır. Digər əhəmiyyət kəsb etməyən lazımsız fənlərlərlə yüklənməməlidir. Bakalavr pilləsində təhsil 3 ilə endirilməlidir. Onsuz da hamı əksəriyyət “Magistr təhsili” alır. İstəyən Doktoranturaya qəbul olub oxuyur. Dövlət təcili olaraq bu sahədə islahatlar aparmalıdır. Abituriyentləri bu qədər çətinə salıb, incitmək əbəsdir! Orta məktəbdə təhsil yox səviyyəsindədir. Bütün uşaqlar hazırlığa gedir (Niyə gedir? Çünki lazımsız 5-6 fəndən ali məktəbə imtahan verəcək). Onda sual olunur: 10 -11 illik təhsil nəyə lazımdır?”.
Sitatın sonu.













