“7-ci övladı kimi mənə...” – Günel canlı yayımda İMPERATORA SƏSLƏNDİ

media-hightechnic-468x90

“İbrahim abi mənə mal-mülk verməyib”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən tanınmış müğənni Günel Zeynalova “İncəSəhər” verilişində qonaq olarkən deyib.

“Azəri qızı” ona hər zaman dəstək olan və atalıq edən İbrahim Tatlısəsin ona mal-mülk bağışlaması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib:

“İbrahim abi mənə mal-mülk verməyib. Onun 6 övladı var, hər dəfə danışanda mənə “sən də mənim övladımsan” deyir. Yəqin, mən də onun 7-ci övladıyam. Amma gələcəkdə mənim barəmdə belə bir şey düşünər, ya yox, onu bilmirəm”.

Sənətçi canlı yayım vasitəsilə türk musiqisinin “İmperator”una zarafatla səslənməyi də unutmayıb:

“İbrahim abi, xeyirdir? Niyə mənə xəbər vermirsən? Mən burada ev almaq barədə düşünürəm”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05